“Azərbaycan girovların azad edilməsi üçün əlindən gələni edir”

media-hightechnic-468x90

скачанные файлы“Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq”.

media-banner_tuq

“Azərbaycan hökuməti separatçı Dağlıq Qarabağ rejiminin “hökm” oxuduğu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün əlindən gələni edir”.
Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov qeyd edib ki, ermənilər tərəfindən qondarma “məhkəmə”nin qurulması və “hökm” çıxarılması Ermənistanın nə dərəcədə qeyri-konstruktiv və riyakar mövqedə olduğunu bir daha göstərir: “Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq. Çünki bütün bunlar dünyanın gözü qarşısında baş verir”.

Baş nazirin müavini Azərbaycanın girovların azad edilməsi üçün əlindən gələni etdiyini bir daha vurğulayıb(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05