!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar

!Reklam – Yazi

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Yenicag.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşiblər.

Camal Abbasov (57 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. Həmyerlimiz ilk hissəni minimal fərqlə öndə tamamlasa da, ikinci hissədə fiziki göstəriciləri ilə seçilən rəqib daha yaxşı güləşib. Yekunda 1:6 hesabı ilə məğlub olan Camal gümüş medalla kifayətlənib.

Sadiq Mustafazadə (86 kq) finalda rusiyalı İbrahim Kadiyevlə güləşib. Milli üzvü güclü rəqibinə 1:9 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Anar Cəfərli (97 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə Anar yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar da gümüş medalı boyundan asıb.

Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub – 3:2. Beləliklə, Dursunov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv