Azərbaycan güləşçiləri Dünya Seriyasında iki medal qazandılar

media-hightechnic-468x90

Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, 2 gün davam edən yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.

Ötən gün B qrupunda 2 qələbə qazanan Vüsal Əliyev (80 kiloqram) bu gün qrupda keçirdiyi son görüşdə amerikalı Rodrik Lavı 4:0 hesabı ilə üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu növdə üçqat dünya çempionu olan İbrahim Yusubov (90 kiloqram) da qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Dünən A qrupunda 2 qələbə qazanan həmyerlimiz son turda iranlı Səid Larganidən güclü olub – 5:2. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600