Azərbaycanlı futbolçu “Herta” ilə müqavilə imzaladı
Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə yeni müqavilə imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycanın U-21 millisinin üzvü II Bundesliqa təmsilçisi ilə ilk peşəkar sözləşməsinə imza atıb.
Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.













