Azərbaycan Hindistandan xurma almağa başlayıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 9,1 milyon ABŞ dolları dəyərində 5 702 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % az) 4 049 ton (-20 %), Tunisdən 2,1 milyon ABŞ dolları dəyərində (-18 %) 1 103 ton (-20 %), İsraildən 908 min ABŞ dolları dəyərində (+62 %) 124 ton (+62 %), Fələstindən 727 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 98 ton (+5 dəfə), Əlcəzairdən 349 min ABŞ dolları dəyərində (-71 %) 188 ton (-72 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,3 min ABŞ dolları dəyərində 0,04 ton) həyata keçirilib.












