“Azərbaycan” İES-də 790 milyon kilovat-saatlıq elektrik enerjisi istehsal edilib
“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) cari ilin avqust ayında 790 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
“Azərenerji”dən verilən məlumata görə, 2014-cü ilin 8 ayı ərzində burada 4 milyard 868,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Cari ilin son üç ayı ərzində 5 saylı enerji blokunda yenidənqurma işləri başa çatdırılıb və enerjibloku işə qoşulub. Bir enerji bloku isə əsaslı təmirə çıxarılıb. (azadinform.az)