Azərbaycan iləTürkiyə arasında investisiya imkanları müzakirə olundu

media-hightechnic-468x90

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenicag.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə əlavə imkanlar açır. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir. Ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.

Görüşdə aparılan müzakirə zamanı İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında əməkdaşlığın fəal təşviqi, investisiya, potensial layihələrin icrası, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin və İstanbul Sənaye Palatasının təşkilatçılığı ilə ölkəmizə səfər edən 100-ə yaxın iş adamına Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sahibkarlar üçün tətbiq olunan güzəştlər, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qonaqlar, həmçinin Sumqayıt Sənaye Parkında müəssisələrin fəaliyyəti və sənaye zonalarında işbirliyi imkanları ilə tanış olublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa