Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcək

media-hightechnic-468x90

Bu gün Azərbaycan klublarından bəziləri Premyer Liqada mövsümün ikinci yarısına hazırlıq məqsədilə yoxlama oyunları keçirəcəklər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, günün ilk matçı Masazırdakı “Bank Respublika Arena”da reallaşacaq.

“Sabah” və “Şamaxı” kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Ardınca “Qarabağ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. “Azərsun Arena”nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən “Turan Tovuz” isə Özbəkistanın “Paxtakor” klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl yoxlama matçlarında “Zirə” “Şamaxı”nı 3:1, “Qarabağ” isə “Kəpəz”i 5:1 hesabı ilə üstələyib. Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” isə Rumıniyanın “Qloriya” (Buzeu) komandasına 0:2 hesabı ilə uduzub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05