Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk görüşündə “Neftçi” klubu Bakıda “Sumqayıt”ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsilə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” və “Keşlə” komandaları üz-üzə gəliblər. Qarşılaşma Ağdam klubunun minimal hesablı üstünlüyü ilə yekunlaşıb.
Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları:
“Qarabağ” – “Keşlə” – 1:0
“Neftçi” – “Sumqayıt” – 0:1
“Səbail” – “Zirə” – 0:0
“Qəbələ” – “Sabah” – 3:0
Qeyd edək ki, 1/4 finalın cavab görüşləri dekabrın 19-u və 20-də keçiriləcək.
www.yenicag.az