Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzdu

media-hightechnic-468x90

“Neftçi” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.

“Palms Sports Arena”da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 4:2.

2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05