Azərbaycan Kubokuna start verildi

media-hightechnic-468x90

81696Oktyabrın 18-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışların açılış mərasimi keçirilib.

Federasiyadan verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını qeyd etmiş, Azərbaycanın mötəbər idman yarışlarının keçirildiyi məkana çevrildiyini vurğulayıb.

Dövlət himnimizin səsləndirilməsindən sonra stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilib.

5 gün davam edəcək yarış həm şəxsi, həm də komanda formatında və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.

Kişi və qadın tennisçilərin iştirak etdiyi tədbir oktyabrın 22-də başa çatacaq və qaliblərə kubok, diplom və hədiyyələr təqdim ediləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa