Azərbaycan millisi Türkiyəyə məğlub oldu

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Yenicag.az xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

“Ərzincan 13 Şubat” şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topcu komandamızın qapısından keçirib.

Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu – dördüncü pillədə qərarlaşıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa