21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.
Yenicag.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Samir Əliyevin baş məşqçisi olduğu komandamız iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” futbolçuları Azərbaycan kubokunun final oyunundan sonra iyunun 3-də milliyə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.
S | AD / SOYAD | KLUB |
1 | Amin Ramazanov | Qarabağ |
2 | Xəyal Fərzullayev | Sumqayıt |
3 | Yusif İmanov | Sabah |
4 | Süleyman Damadayev | Şamaxı |
5 | İbrahim Ramazanov | Qəbələ |
6 | Seymur Məmmədov | Sabah |
7 | Cəlal Hüseynov | Arda Kardzali (Bolqarıstan) |
8 | Eşqin Əhmədov | Qəbələ |
9 | Abdulla Rzayev | Araz-Naxçıvan |
10 | Rüfət Əhmədov | Kəpəz |
11 | Rüfət Abbasov | Neftçi |
12 | Mirəli Əhmədov | Araz-Naxçıvan |
13 | Mahir Həsənov | Kəpəz |
14 | Qurban Səfərov | Şamaxı |
15 | Samir Məhərrəmli | Şamaxı |
16 | Elcan Əbilov | Neftçi |
17 | Ramin Nəsirli | Araz-Naxçıvan |
18 | Xəyal Əliyev | Sabah |
19 | Murad Vəliyev | Nomme United (Estoniya) |
20 | Fərid Yusifli | Turan Tovuz |
21 | Şahin Şahniyarov | Qəbələ |
22 | Zeynəddin Abdurahmanov | Səbail |
23 | Samir Abdullayev | Səbail |
24 | Ağadadaş Salyanskiy | Neftçi |
25 | Nəriman Axundzadə | Qarabağ |
www.yenicag.az