Ukrayna telekanalı azərbaycanlı Elşən Cavadzadə barədə film çəkib
Suriyada döyüşən azərbaycanlılar uzun müddətdir ki, müzakirə mövzusudur. “Suriyaya niyə gedib” diskussiyaları gündəmdə öz yerini qorumaqda davam etməklə yanaşı hüquq mühafizə orqanlarının Suriyada döyüşənlərin cinayət məsuliyyətinə cəlb olunmaları da öz aktuallığını qoruyur. Suriyada, Əfqanıstanda, Çeçenistanda döyüşənlərdən bəhs edildiyi halda Ukraynada döyüşlərə qatılanlardan nədənsə danışılmır.
Məsələ burasındadır ki, Suriyada üz-üzə döyüşən azərbaycanlılara Donetskdə də rsst gəlmək mümkündür. Lakin Ukrayna tərəfdən döyüşənlərin daha çox olduğu vurğulanmaqdadır. Bir müddət öncə məşhur polkovnik İsa Sadıqovun da Ukraynaya getdiyi bildirilirdi.
Yenicag.az-ın təqdim etdiyi Ukraynanın azərbaycanlı fədaisi Elşən Cavadzadə hazırda Donetskdə döyüşməkdədir.
Öz dediyinə görə, etnoloqdur və peşəkar kəşfıyyatçıdır. Qarabağda, Çeçenistanda və Bosniyada döyüşüb. Ən qatı millətçilərin batalyonu olan Saşko Biliy adında “Viking” batalyonunun yaradılmasına kömək edir.
Özünün sosial şəbəkələrdə paylaşdığı şəkil və statuslardan görünür ki, Elşən Cavadzadə müxalifyönümlü şəxsdir və Yuşenko dövründə bu ölkəyə mühacirət etmiş şəxsdir. O, özünü Azərbaycan Ülkücü Hərəkatının Tuqay çavuşu adlandırıb.
Azərbaycan iqtidarını sərt şəkildə tənqid edən E.Cavadzadənin internetdə Azərbaycan hakimiyyətini və Azərbaycan Respublikasının Ukraynadakı səfirini təhqir edən video görüntüləri də mövcüddür.
Ukrayna’nın Gromadskoe TV kanalının Elşən Cavadzadə haqqında çəkdiyi film.
www.yenicag.az