Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?

media-hightechnic-468x90

 

media-banner_tuq

Azərbaycanda illərdir həllini tapmayan çoxmərtəbəli binalardakı “kupça” (çıxarış) problemi indi də tikinti şirkətlərinin əlində vətəndaşları açıq şəkildə istismar etmək üçün alətə çevrilib.

Yenicag.az AFN.az -a istinadən xəbər verir ki, ölkənin ən böyük tikinti şirkətlərindən olan “Kristal” ətrafında növbəti sənəd qalmaqalı yaşanır. Şirkətin tikdiyi binalarda mənzil sahibi olan sakinlər çıxarış almaq üçün rəsmi rüsumdan dəfələrlə çox pul tələb olunmasından şikayətçidirlər.

Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, şirkət mənzillərin tam ödənişini etmiş və binanın dövlət qeydiyyatı tamamlanmış sakinlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışın (kupçanın) verilməsi üçün 500 manat nağd pul tələb edir. Tikinti şirkəti bu məbləğin sənədləşmə xərcləri üçün nəzərdə tutulduğunu iddia etsə də, rəsmi rəqəmlər tamamilə fərqli mənzərəni ortaya qoyur.

Tarif Şurasının və daşınmaz əmlakın qeydiyyatı haqqında qanunvericiliyin tələblərinə əsasən, yeni tikililərdə mənzilə ilkin kupçanın verilməsi üçün dövlət rüsumu sabit olaraq 50 manatdır. Mənzilin sahəsinə (kvadratmetrinə) və texniki pasportun hazırlanmasına görə tutulan xidmət haqqı da daxil olmaqla, 60–100 kv.m-lik orta statistik bir mənzilin rəsmi sənədləşmə xərci standart müddətdə (15 iş günü) maksimum 100–150 manat arasında dəyişir. Hətta sənədin 3 gün ərzində, sürətli qaydada çıxarılması üçün ödənilən təcili xidmət haqqı belə bu məbləği 200–250 manatdan yuxarı qaldırmır. Bu isə o deməkdir ki, “Kristal” tikinti şirkəti hər sakindən rəsmi dövlət rüsumundan ən azı 2 dəfə artıq pul tələb edir.

Hüquqi baxımdan, tikinti şirkəti sakinə mənzilin tam ödənişinin edildiyinə dair maliyyə arayışı və müqaviləni təqdim etdikdən sonra onun öhdəliyi başa çatmış hesab olunur (əgər daxili müqavilədə əlavə xidmət bəndi yoxdursa). Vətəndaş həmin sənədlərlə birbaşa ASAN Xidmət mərkəzlərinəmüraciət edərək dövlət rüsumunu şəxsən ödəməli və kupçasını almalıdır.

Şirkətin prosesi öz üzərinə götürərək sakinlərdən 500 manat kimi astronomik məbləğ tələb etməsi qanunvericiliyin kobud şəkildə pozulması və vətəndaşın seçmək hüququnun əlindən alınmasıdır. Ödənişlərin hansı əsasla və hansı hüquqi sənədlə (kassa mədaxil orderi yoxsa sadə qəbz ilə) yığılması isə ciddi maliyyə sualları doğurur.

Binalarda yüzlərlə, bəzən minlərlə mənzilin olduğunu nəzərə alsaq, hər mənzildən qanunsuz olaraq artıq alınan 350-400 manat yekunda milyonlarla manatlıq böyük bir qara dövriyyəninyaranmasına səbəb olur. Sakinlər bildirirlər ki, şirkət rəhbərliyi bu məbləği ödəməyənlərə sənədləşmə prosesində süni maneələr yaradır, maliyyə arayışlarının verilməsini gecikdirir.

Yazıda adıçəkilən “Kristal” tikinti şirkətinə ünvanlanan suallar cavabsız qalıb. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digər aidiyyəti qurumlara sorğu göndəriləcək. Mövzu diqqətimizdədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05