"Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini əldə etməlidir" - Paşinyan

media-hightechnic-468x90

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hökumət başçısı bu barədə Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:

“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05