Dilarəni qınadılar: "Səsi kişi səsidir, geyimləri də..."

media-hightechnic-468x90

 

media-banner_tkm

“Sənətdə cəsarətli olmaq həmişə qınağa səbəb olur, bu da normaldır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Dilarə Kazımova “İncəSəhər” verilişində deyib.

Müğənni üç səbəbə görə qınanıldığını bildirib:

“Sənətdə cəsarətli olmaq həmişə qınağa səbəb olur, bu da normaldır. Məni üç səbəbdən qınayıblar. Birincisi, fikrimi Azərbaycan dilində yaxşı çatdıra bilmədiyimə görə. Bu, haqlı qınaq idi, üzərimdə işlədim və öz dilimizdə danışmağa başladım. Sonra səsimlə bağlı qınaq oldu ki, bunun səsi qalındır, kişi səsidir. Sonra geyimlərimi qınadılar ki, açıq-saçıq geyinir. Yəni qınaq da haqlı qınaq olmalıdır. Haqsız qınaqlara fikir vermirəm, amma insanlar haqlıdırsa, bundan nəticə çıxarıram. Mən geyimdə çərçivəni aşmıram. Bu geyimlər səhnə üçündür. Əgər mən nəyisə görmək istəyirəmsə, çərçivə daxilində onu edəcəyəm. Sənətdə cəsarətli olmaq həmişə qınağa səbəb olur, bu da normaldır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05