Azərbaycan nefti ucuzlaşdı

media-hightechnic-468x90

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,75 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 59,71 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel azdır./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa