Azərbaycan orbital mövqe icarəyə götürdü

media-hightechnic-468x90

3713416_3Azərbaycan ölkənin ikinci peyki üçün orbital mövqe icarəyə götürüb

Yenicag hafta.az-a istinadən bildirir ki,  yeni orbital mövqe birinci “Azerspace-1” peyki üçün Malayziyadan icarəyə götürülən 46-cı dərəcə şərq uzunluq dairəsi kimi xarici ölkələrin birindən icarəyə götürülüb.

Azərbaycanın ikinci geostasionar peyki üçün orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar peyk sistemlərinin orbital mövqelərinin koordinasiyasında problemlərin mövcudluğu ilə əlaqədar qəbul edilib.

Söhbət peyk sisteminin yaradılmasını planlaşdıran ölkənin qabaqcadan peyk sistemlərinin əsas xarakteristikalarını dərc etməsi (Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə) və qonşu peyk rabitəsi sistemlərinin bu halda maraqlarına toxunulan bütün sahibləri ilə onların uyğunlaşdırmasını aparmasından gedir.

Mənbənin sözlərinə görə, “Azerspace-2” peykinin yerləşdiriləcəyi orbital mövqe və mövqenin icarəyə götürüldüyü ölkə haqqında informasiya yaxın vaxtlarda açıqlanacaq.

“Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600