!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Ordusu aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib

Azərbaycan Ordusu Kəlbəcər istiqamətində heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Qeyd edək ki, nazirliyin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

www.yenicag.az

118
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100