!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqası - 27-ci turun nəticələri

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib. 

Yenicag.az xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılıb. “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edib. Matç “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Sabah” isə evdə “Sumqayıt”la heç-heçə edib – 2:2.

“Neftçi” səfərdə “Zirə”yə uduzub – 0:1. “Qarabağ” isə “Səbail”in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

“Zirə” və “Qəbələ” bu günkü matçlardan sonra Konfrans Liqasına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, “Qarabağ” 25-ci turda çempionluğu rəsmiləşdirib.

15 may (bazar)

17:00. “Səbail” – “Qarabağ” – 0:3

Qol: Rauf Hüseynli, 70 (0:1), Musa Qurbanlı, 87 (0:2), Ramil Şeydayev, 90+1
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
“ASCO Arena”

17:00. “Sabah” – “Sumqayıt” – 2:2

Qol: Vurğun Hüseynov, 56 (0:1), Rəhim Sadıxov, 83 (0:2), Kristiran Sebalyos, 90+5 (2:1), Aleksey Kaşuk 90+6 (2:2)

Qırmızı vərəqə: Amin Seydiyev, 53-birbaşa qırmızı vərəqə (“Sabah”)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

17:00. “Şamaxı” – “Qəbələ” – 0:1

Qol: Emil Səfərov, 25 (0:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Neftçi” – 1:0

Qol: Ramin Əhmədov, 81
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv