Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycan Premyer Liqası: Yenə 8 komandalı çempionat

Reklam: Sinerji Pro

Bu gün AFFA Lisenziyalaşdırma Qrupunun iclası keçiriləcək. Yeniçağ.Az xəbər verir ki, iclasda müzakirə olunacaq ən vacib məsələ Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların sayı ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, “Səbail”dən başqa heç bir klub elitada çıxış etmək niyyətini assosiasiyaya bildirməyib. Sponsor tapmaqda çətinlik çəkən “Şəmkir”, eləcə də birinci divizionun son çempionu “Turan Tovuz” kimi bölgə klublarının arzusu arzu olaraq da qalıb. Bu isə növbəti mövsümdə də Premyer Liqada 8 komandanın iştirak edəcəyi deməkdir.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov saytımıza açıqlamasında yekun qərar barədə danışmaqdan boyun qaçırıb. O məsələ ilə bağlı rəsmi məlumat yayacaqlarını deməklə kifayətlənib.

Bizdə olan bilgiyə görə, AFFA elitada çıxış etmək niyyətində olan komandalara müəyyən miqdarda maliyyə yardım etmək niyyətində olub. Ancaq sözsüz ki, qurumun 200-250 min manat civarında olan yardımı ilə nəinki mövsümü, heç bir dövrəni başa vurmaq olmaz. Klub rəhbərləri AFFA-nın təklif etdiyi ianəsinin üstünü düzəltmək üçün sponsor tapmalıydılar ki, bu da susuz səhrada “şollar” axtarmağa bərabərdir.

Qeyd edək ki, AFFA-nın yaydığı rəsmi məlumatda da xəbərimiz öz təsdiqini tapıb.

EMİN SƏFƏROV

Yeniçağ.az

www.yenicag.az

341