Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirən “Sabah” “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki “Sabah”ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. “Qartallar” 46 xalla beşinci, “Qəbələ” 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün “Kəpəz” “Sumqayıt”ı 2:1, “İmişli” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə üstələyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05