Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Yenicag.az xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” Sumqayıtda “Səbail”i qəbul edib.
“Kapital Bank Arena”da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Baxmayaraq ki, görüşdə hesabı qonaqlar açıb. İlk hissənin sonuna əlavə olunan 2-ci dəqiədə Qorka Laruçça fərqlənib. İkinci yarıda geri dönüş edən Elmar Baxşıyevin rəhbərlik etdiyi klub 52-ci dəqiqədə Bəxtiyar Həsənalızadə ilə “status kvo”nu bərpa edib. 5 dəqiqə sonra Felipe Santos əyalət təmsilçisini hesabda önə çıxarıb. 84-cü dəqiqədə Bernardo Diaş “Araz-Naxçıvan”ın üstünlüyünü bir qədər də möhkəmləndirib. Qarşılaşmada yekun hesabı isə “dənizçilər”in heyətində final fitinə 1 dəqiqə qalmış dubl müəllifi olan Qorka Laruçça müəyyənləşdirib.
Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan “Araz-Naxçıvan” xallarının sayını 16-ya çatdırıb.
Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək
www.yenicag.az