"Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir" - Nazir

media-hightechnic-468x90

Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.

Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edildiyini də diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600