Azərbaycan-Rusiya işgüzar forumu keçirilir

media-hightechnic-468x90

az-russamir12İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edir. AZADİNFORM xəbər verir ki, tədbir Rusiyanın Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində baş tutub.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin, o cümlədən Rusiyanın subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir müavini deyib ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və bu cür tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır.

Görüşdə Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600