Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlanıldı - FOTOLAR

media-hightechnic-468x90

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05