!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan siyasətçilərindən HDP-çilərin həbsinə görə, Türkiyəyə tam dəstək

!Reklam – Yazi

h_1154Elşən Mustafayev: “HDP-çi deputatların saxlanılması Türkiyədə vəziyyəti sabitləşdirmək üçün ağrılı da olsa, nəticə etibarı ilə uğur gətirəcək bir addımdır”

Sərdar Cəlaloğlu: “Türkiyənin özünün  unitarlığını, dövlət müstəqilliyi və təhlükəsizliyini qorumaq üçün istənilən addım atmağa mənəvi haqqı var”

Etimad İsmayılov: “HDP yaranan gündən Türkiyəni qarışdırmaq istəyən qüvvələrin, xüsusilə, Almaniya, İsrail və ABŞ-ın maşası olub”

Xəbər verildiyi kimi, Türkiyənin kürdyönümlü partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ və doqquz digər HDP-li deputat saxlanılıb.

Bildirilir ki, HDP həmsədrləri Diyarbakır prokurorluğunda aparılan terror istintaqı çərçivəsində saxlanılıblar. Polis Səlahəddin Demirtaşın, Figen Yüksekdağın evində və HDP-nin baş qərargahında axtarış aparıb. Axtarış səhər saatlarına qədər davam edib.

Görəsən, Azərbaycan siyasiləri bu olayı necə qiymətləndirirlər?

elshenmustafayevesasAMİP sədrinin müavini Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Ankaranın bu addımı terrora qarşı mübarizədə ölkənin güclənməsi istiqamətində atılan mühüm bir addımdır: “HDP-dən olan deputatların saxlanılması Türkiyə daxilində vəziyyəti sabitləşdirmək üçün ağrılı da olsa nəticə etibarı ilə uğur gətirəcək bir addımdır. Hesab edirəm ki, gecikmiş olsa belə, yenə də doğru olan bir addımdır. PKK terror təşkilatına açıq şəkildə dəstək verən, onun siyasi qanadını təşkil edən siyasi partiya nümayəndələrinin parlamentdə açıq şəkildə Türkiyə dövlətini təhdid edə biləcək çıxışlar etməsi, fəaliyyətlə məşğul olmasının qarşısı alınmalıdır.  Toxunulmazlıq götürüləndən sonra atılan bu addım doğru addımdır. Terror təşkilatına dəstək verən qüvvələrin neytrallaşdırılması Türkiyədəki iqtidarlı müxalifətli bütün qüvvələrin başlıca borcudur. Artıq buz yerindən tərpənib. PKK-ya qarşı mübarizədə onun siyasi qanadını zərərsizləşdirməklə hökumət doğru yol tutub. Bunun ardınca da yerlərdə silahlı qanada qarşı mübarizənin genişləndirilməsi zəruridir”.

serdarcelalogluesasADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, Ankara separatçı çıxışlar edən HDP-çi deputatlara münasibətdə qanuna müvafiq olaraq doğru addım atıb:”Türkiyədə PKK 30 ilə yaxındır ki, Rusiyanın patronajlığı altında sosialist ideyalarını dəstəkləyən bir qurum kimi yaradılıb. Sovet hökumətinin dağılmasından sonra isə PKK-ya Qərbin bəzi dairələri sahib çıxmağa başladılar. Beləliklə, PKK-dan  faktiki olaraq türk dövləti və xalqına, əvvəllər İraq, İran və Suriyaya qarşı da bir silah kimi istifadə edilməyə başlanıldı. Onlar üzrə guya kürd xalqının hüquqları uğrunda iş aparsalar da, əslində faktiki olaraq məqsəd Yaxın Şərqdəki mövcud geopolitikanı dəyişdirmək, orada Qərbin nəzarəti altında olan rejimlər yaratmaq məqsədini güdürlər. Bu gün də PKK məhz buna görə dəstəklənir. PKK faktiki olaraq beynəlxalq terror təşkilatıdır. Demək olar ki, onu təşviq edən, əlaqə yaradan istənilən fərd və təşkilat da özü də bununla terrorçuya dəstək vermiş olur. HDP də Türkiyədə açıq şəkildə PKK-nı dəstəkləyir. Hətta Türkiyə ərazisində müstəqil dövlət yaratmaq iddialarından çıxış edirlər. Bunlar onu göstərir ki, Türkiyənin verdiyi demokratik dəyərlərdən kütlə düzgün istifadə edə bilmir və onlar terroru dəstəkləyən siyasi güc kimi çıxış edirlər. Ona görə də Türkiyədə HDP deputatlarının həbs olunmasını düzgün və qanuni hesab edirəm. Bu atılan addım Türkiyə dövlətinin maraqlarına uyğundur. Türkiyənin özünün  unitarlığını, dövlət müstəqilliyi və təhlükəsizliyini qorumaq üçün istənilən addım atmağa mənəvi haqqı var. Nəzərə alsaq ki, PKK Yaxın Şərqdə digər terror təşkilatı İŞİD-lə də əməkdaşlıq edir, deməli PKK-ya dəstək verən qüvvə həm də İŞİD-ə dəstək vermiş hesab olunur. PKK-nın terror olaylarından ən çox əziyyət çəkənlər də elə kürdlər özləridir”.

etimad ismayilovƏdalət Partiyası sədrinin birinci müavini Etimad İsmayılov da Yenicag.az-a açıqlamasında HDP-lilərin həbsində qanunazidd bir məqam görmədiyini qeyd etdi:  “HDP yaranan gündən Türkiyəni qarışdırmaq istəyən qüvvələrin, xüsusilə, Almaniya, İsrail və ABŞ-ın maşası olub. Ondan davamlı olaraq, bu məqsədlə istifadə edirdilər. Baxmayaraq ki, kürd xalqının böyük bir hissəsi onları dəstəkləmirdi, fəqət HDP millətçiliyi bəhanə edərək, bölücü siyasət aparırdı. Açıq şəkildə PKK-nı, Suriyadakı YPG-ni, bir sözlə, Türk ordusu ilə döyüşlərdə öldürülən hər terrorçu üçün yas tutub, terrorçu cənazələrində dövləti hədələyirdilər. Türkiyə prokurorluğu da bununla bağlı cinayət işi açıb, terrorçu cənazələrində “aktyotrluq” edən deputatları ifadə verməyə dəvət edirdi. Təəssüf ki, qanunverici orqanda təmsil olunan HDP qanunlara hörmətlə yanaşmadı və hüquq mühafizə orqanları da bir neçə ay öncə Türkiyə Böyük Millət Məclisi tərəfindən toxunulmazlıqları götürülən millət vəkillərini qanun çərçivəsində saxlayaraq, istintaqa cəlb etdi. Hamı qanun qarşısında cavabdehdir və bu baxımdan da HDP-lilərin məhkəmə çağırışına etinasızlığı yolverilməz idi və bunun qarşısı da qanuna müvafiq şəkildə alındı”.

Elçin/Yenicag.az

 

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv