Dubaydan gələn vətəndaşda külli miqdarda brilyant qaş aşkar edildi

media-hightechnic-468x90

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən stasionar rentgen qurğusunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a bildirilib ki, gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547,7 karat brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa