Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başladı

media-hightechnic-468x90

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa