Reklam

Reklam

“İranda sabitliyin pozulması Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyətin ciddi surətdə gərginləşməsinə gətirib çıxaracaq”.

Bu fikirləri politrus.com-a açıqlamasında İranda son günlər baş qaldıran etiraz dalğasını şərh edən Yenicag.ru-nun baş redaktoru Qafqaz Ömərov deyib:

“İrandakı türklər və kürdlər son hadisələrə sevinməli deyillər. İraqda Səddam Hüseyn rejiminin süqutu göstərdi ki, o proseslərin ssenaristləri xaraba qoyduqları ölkələrdə kiçik etnik dövlətlərin yaradılmasını planlaşdırmırlar. Əgər Qərb İran rejiminin dayaqlarını sarsıda bilsə, o ölkədə də fərqli bir şey olmayacaq”.

İran onlarla xalqın yaşadığı və bütün əsas dinlərin mövcud olduğu çox geniş əraziyə malikdir. Ayətullaların hakimiyyətinə son qoyularsa, xarici ölkə kəşfiyyatlarının fəallaşması ilə 1,6 milyon kvadrat kilometr ərazisi olan İranda əsl xaos başlayacaq.

Ömərovun fikrincə, İranda xaosun yaranması Rusiyaya Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə şərait yaradacaq. Eyni zamanda, ABŞ İranın cənub ərazilərindən bu ölkəyə müdaxilə edərək, qısa müddətdə Buşəhri, Hörmüz boğazını və strateji dəniz yollarını tutacaq:

“O vəziyyətdə Pakistan sünni əhalini müdafiə etmək üçün Qərbin razılığı əsasında öz hərbi qüvvələrini Sistan və Bəlucistana yeridəcək. ABŞ-ın planına uyğun olaraq, Xorasanın bir hissəsi əfqan qiyamçılarının əlinə keçəcək. O bölgədə əfqanlarla İslam İnqilabını Mühafizə Korpusunun qalıqları arasında uzunmüddətli müharibə başlayacaq”.

Ömərovun fikrincə, məlum hadisələrin İran üçün acınacaqlı yön almasına İslam Respublikası əhalisinin 20-40 faizini təşkil edən etnik azərbaycanlıların ölkədəki etiraz dalğasına dəstək vermələri nəticəsində mümkün ola bilər. Yeri gəlmişkən, İranın mövcud ali dini rəhbəri Xamenei də azərbaycanlıdır:

“İranda azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə sabitlik qorunduğu üçün belə demək olar ki, Rusiya kimi Azərbaycan və Türkiyə də İranda sabitliyin pozulmasında maraqlı deyillər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1654
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."