Azərbaycan Türkiyəyə başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Türkiyənin Təkirdağ vilayətində yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində həyatını itirənlərin olması ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Paylaşımda, “Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik.

Başın sağ olsun, qardaş Türkiye!” – deyə qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa