!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan üçün POTENSİAL TƏHLÜKƏ: “Qarabağda ermənilər qaldıqca, müxtəlif problemlər...”

!Reklam – Yazi

“Mövcud vəziyyətdə Qarabağ ermənilərinin çoxu ikinci variantı seçərək Azərbaycanı tərk etməyə üstünlük verirlər”.

Bu fikirləri Azərbaycanın ötən həftə həyata keçirdiyi uğurlu antiterror əməliyyatından sonra Qarabağ ermənilərinin Ermənistana kütləvi axınının həmin ölkədə doğurduğu reaksiyanı dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ erməniləri ya Azərbaycanın suverenliyini, qanunlarını qəbul edib burada qalmalı, ya da ölkədən çıxıb getməlidirlər:

“Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin Ermənistana intensiv köçünə orada münasibətin necə olduğunu təxmin etmək mümkündür. Əslində, Ermənistanda da Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa edəcəyini və Qarabağ ermənilərinin gec-tez ölkəyə axınının olacağını gözləyirdilər.

Yaranmış şəraitdə Qarabağ erməniləri ya Azərbaycanın suverenliyini, qanunlarını qəbul edib burada qalmalı, əks halda isə ölkədən çıxıb getməlidirlər. Mövcud vəziyyətdə Qarabağ ermənilərinin çoxu ikinci variantı seçərək Azərbaycanı tərk etməyə üstünlük verirlər. Bu, onların seçimidir.

Mənim şəxsi fikrim bundan ibarətdir ki, Qarabağda ermənilər qaldıqca, Azərbaycan üçün potensial təhlükə aradan qalxmayacaq, zaman-zaman müxtəlif problemlər yaşanacaq. Azərbaycan indiki durumda öz maraqlarını əsas götürərək potensial təhlükə mənbələrinin sıradan çıxarılmasına yönəlik siyasət yürütməlidir.

Bütün bunlara baxmayaraq, Azərbaycanda qalan ermənilərin təhlükəsizliyi, təhsil, mədəni, dini, bələdiyyə hüquqları təmin ediləcək”.

A.Zeynalov

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv