Alimlərdən növbəti inqilabi İXTİRA: Ən isti yerdə belə havadan içməli su toplaya bilən cihaz

media-hightechnic-468x90

Masaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri elektrik və filtrasiya tələb etməyən, hətta səhrada belə havadan içməli su toplaya bilən cihaz hazırlayıblar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu cihaz iki şüşə təbəqə arasında yerləşdirilmiş xüsusi hidrogel qatından ibarətdir.

Gecələr atmosferdəki su buxarını toplayan hidrogel gündüzlər buxarı sıxaraq içməli suya çevirir. Əldə olunan su boru vasitəsilə toplanır.

Əvvəlki bənzər texnologiyalarda duz səbəbindən suyun təmizlənməsi tələb olunurdusa, MTİ komandası bunun qarşısını almaq üçün qliserol adlı maddədən istifadə edib. Nəticədə toplanan su içməyə tam yararlı olub.

Cihaz dünyanın ən isti və quraq bölgələrindən biri olan ABŞ-nin “Ölüm vadisi”ndə sınaqdan keçirilib və gündəlik 57-161 ml arası su hasil edib. Alimlər bu texnologiyanın su qıtlığı yaşayan bölgələrdə geniş tətbiq oluna biləcəyini düşünürlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05