İrandan Trampın öldürülməsi ÇAĞIRIŞI: Tehranın bu addımına Vaşinqton necə cavab verəcək?

media-hightechnic-468x90

“Tramp öldürülməsi çağırışları gərginliyin artmasına xidmət edir.”

Bu fikirləri İranın ali dini lideri ayətullah Əli Xameneyinin sözcüsünün ABŞ Prezidenti Donald Trampın öldürülməsi barədə çağırışını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, bu çağırışlar münasibətlərdəki gərginliyi pik həddə çatdıra bilər:

“İranın radikal düşüncəli bir sıra alimlərinin, mütəxəssislərinin Netanyahu və Tramp haqqında çox sərt çıxış etmələri birmənalı qarşılanmayacaq və ABŞ-də də, İsraildə də birinci şəxslərin təhlükəsizliyi daha da artırılacaq. Bu, sıradan və təsadüfi söylənilən fikirlər deyil. Çünki ABŞ ilə İsrailin birlikdə İrana qarşı keçirdiyi əməliyyat dövlət iqtisadiyyatına külli miqdarda, milyonlarla dollar həcmində ziyan vurur. Xüsusilə də nüvə proqramı kontekstində. Bu baxımdan, sanki intiqamçılıq, qisasçılıq və məsələni kökündən həll edərək birinci şəxsləri aradan götürmək niyyətləri də var. Düşünürəm ki, bu cəhdlər həyata keçirilərsə, bunun özü də İran dövlətinə qarşı çox sərt reaksiyalarla davam edəcək. Hesab edirəm ki, bu cür çağırışlardan çəkinmək lazımdır.

Müharibənin dayanması, əslində, böyük nailiyyət hesab olunur. Qanın tökülməsinin qarşısı alındı, lakin yenidən eskalasiya və revanş çağırışları vəziyyəti daha da gərginləşdirə və çox ağır nəticələrə gətirib çıxara bilər. Bu cür ölüm təhdidi və ölümə çağırışlar gərginliyin ən yüksək həddə çatmasına xidmət edir”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600