Dünyada ilk: İki atalı siçanlar öz balalarını dünyaya gətirdi

media-hightechnic-468x90

Çində aparılan yeni tədqiqat nəticəsində ilk dəfə olaraq iki erkək siçanın genetik materialından dünyaya gələn balalar özləri valideyn ola bilib. 

Yenicag.az xəbər verir ki, Şanxay Jiao Tonq Universitetinin alimləri, yumurta hüceyrəsindən nüvəni çıxararaq iki sperm hüceyrəsi yerləşdirib.

Daha sonra genetik ifadəyə nəzarət edən “epigenetik” bölgələr üzərində düzəliş aparıblar. Nəticədə yaradılan 259 embriondan yalnız ikisi sağ qalıb və yetkinliyə çatıb. Bu erkək siçanlar daha sonra dişi siçanlarla cütləşərək sağlam balalar dünyaya gətirib.

Alimlər bu texnologiyanın gələcəkdə insanlara tətbiqinin nəzəri cəhətdən mümkün olduğunu bildirir. Lakin uğur nisbətinin hələ də çox aşağı olması səbəbindən bu texnikanın praktik istifadəsi üçün əlavə tədqiqatlara ehtiyac var.

Bu, eyni cinsiyyətli məməlilərin təbii yolla çoxalması sahəsində mühüm irəliləyiş sayılır.

Qeyd edək ki, əvvəllər iki eynicinsli valideyni olan siçanlar qısır olurdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600