Azərbaycan Üzgüçüləri dünya çempionatında güclərini sınayacaqlar

media-hightechnic-468x90

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq üzgüçülük üzrə dünya çempionatında çıxışlarına start verirlər.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, iyunun 20-də Ramil Vəlizadə 200 metr batterflyay üsulunda, iyunun 23-də isə Məryəm Şeyxəlizadəxangah 50 metr batterflyay üsulunda yarışlara start verəcəklər. Bu üsulda hər iki idmançının B lisenziyası var.

Bu yarışlar öncəsi Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim məşq toplanışına qatılıblar. Təlim məşq toplanışı çərçivəsində idmançılarımız Macarıstan yığması ilə yanaşı Yeniyetmələrin Avropa Olimpiya Festivalına və Rumıniyada keçiriləcək Gənclərin Avropa Çempionatına hazırlaşan digər komandalarla birgə gərgin məşqlərlə öz bacarıqlarını artırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600