Azərbaycan və Fransa razılığa gəldi

media-hightechnic-468x90

Azerbaijan_France_flags_Album_010512Bu gün Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Şaxələndirilmiş və əks-mərkəzləşmiş iqtisadi tərəfdaşlığa doğru” adı altında II “Fransa-Azərbaycan 2015” biznes forumu keçirilir.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Fransa və Azərbaycanın dövlət və iş adamlarından ibarət 200 nəfərdən artıq nümayəndənin iştirak etdiyi forumda müzakirələr dörd əsas istiqamət üzrə aparılır:

1. Azərbaycanın Fransa və Avropa üçün strateji iqtisadi tərəfdaş olması;

2. Azərbaycanın xarici sərmayələr üçün münbit şəraiti, ölkədə bazar iqtisadiyyatının vəziyyəti, islahatlar və əlverişli mühit;

3. İqtisadi şaxələnməyə üstünlük verən Azərbaycanın Cənubi Qafqaz bölgəsində ilk bazara çevrilməsi;

4. Azərbaycanla ətraf mühit və enerji üzrə əməkdaşlıq, alternativ enerji mənbələrindən əldə olunan təbii yanacaq vasitələri.

Forumda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov, Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Rayxardt, dövlət və biznes strukturlarının təmsilçiləri və iqtisadiyyat üzrə ekspertlər çıxış ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600