“Azərbaycan və Rusiya birləşməlidir”
“Rusiya Azərbaycanı Gömrük İttifaqının üzvü kimi görmək istərdi”
Bunu Rusiya Elmlər Akademiyasının Avropa İstitutunun MDB ölkələrinin strateji inkişaf mərkəzinin professoru Aleksandr Qusev deyib.
“Bizim üçün Azərbaycanın Gİ-ə qoşulması bizim üçün maraqlıdır. Əvvəllər də qeyd etmişəm ki, Azərbaycanla dost münasinətdə olan Türkiyəni də Gİ-də görmək istəyirik. Yaxşı olardı ki, Türkiyədən əvvəl Azərbaycan bu ittifaqa qoşulardı”, deyə Qusev bildirib.
Qusev Yaxın Şərqdə baş verən proseslərdən də danışıb. O. bildirib ki, Azərbaycan müsəlman ölkəsidir və Rusiyada da xeyli sayda müsəlman yaşayır. Professorun sözlərinə görə, İŞİD terrorçu qruplaşmasının aktivləşməsi hər iki ölkə üçün təhlükədir.
“Azərbaycan və Rusiya bu təhlükədən sığortalanmaq üçün birləşməlidir. Ümumiyyətlə, Moskva və Bakı bütün qlobal problemlərə qarşçı birgə mübarizə aparmalıdır. Birləşmək üçün bizim bütün imkanlarımız var”, deyə Qusev bildirib.
(anspress.com)