!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO/VİDEO

!Reklam – Yazi

 

 

Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat MüşavirliyiMedianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən tədbirdə STM-in İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Mətbuat Şurasənın sədri Rəşad Məcid və media rəhbərləri iştirak edib.

Zahid Oruc bildirib ki, qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir:

“Qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. Bunun başlıca səbəbi isə hər iki ölkənin liderləri arasındakı sarsılmaz qardaşlıq münasibətləridir”.

Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov  vurğulayıb ki, memorandum media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib:

“Bu, 5 il ərzində hər iki ölkənin media subyektləri bir sıra layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil etmiş və bu sahədə əməkdaşlıqlar genişləndirilib”, – deyə o vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.

Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: “Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur”.

Daha sonra keçirilən panellərdə media orqanlarının və aparıcı KİV-lərin rəhbərləri çıxış edib.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb.

Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.

Məsimə Məmmədova

Samir Məcidov

 

 

 

 

www.yenicag.az

410
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv