Azərbaycan vətəndaşı Türkiyədə həbs olundu - İŞİD-ə görə

media-hightechnic-468x90

Türkiyənin Kocaeli şəhərində Azərbaycan əsilli Rusiya vətəndaşı olan Atakişi Akşın həbs olunub.

Yenicag.az xəbər verir ki, o, İŞİD terror təşkilatına üzv olmaqda təqsirli bilinib.

Kocaeli məhkəməsi adıçəkilən şəxsə 6,3 il həbs cəzası verib.

O, saxta pasportla Suriya ərazisinə daxil olaraq İŞİD-lə əlaqə qurub. “İnterpol” tərəfindən qırmızı xətlə axtarışa verilən Atakişinin İŞİD üzvləri ilə “WhatsApp” yazışması da üzə çıxıb.

İŞİD-ə üzv olmaqda təqsirli bilinən şəxs məhkəmədə son sözünü söyləyərkən adıçəkilən terror təşkilatı ilə heç bir bağlantısı olmadığı vurğulayıb:

“Mən müsəlmanam. İçki içmirəm, qumar oynamıram. Türkiyəyə dinimi yaşamaq, çalışaraq Rusiyada ailəmə baxmaq üçün gəlmişəm. Uşaqlarımı böyüdüb, oxutmaq üçün çabalayırdım. Rusiyada kreditlə ev aldım. Arvadım rusdur, ailəsi ilə problemlər yaşadım. Günahım olmadan arvadımın atası məni şərlədi, Rusiya tərəfi də bunu ciddi qəbul etdi. Onsuz da Azərbaycan əsilli olduğum üçün mənə qarşı ayrıseçkilik var idi”.

Emin

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa