!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan xalqı bir amal uğrunda birləşib” – Eldar Mirzəliyev

!Reklam – Yazi

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfər qazandı. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü, suverenliyini yenidən bərpa etdi. Yeni tarix yazıldı, dünyada və regionda yeni reallıqlar ortaya çıxdı. Xalqımız alnı açıq, üzü ağ, başı dik yeni bir dövrə daxil olurdu.

Son 20 ildən artıq dövrdə görülən işlər, qazanılan uğurlar, qələbələr 2003-cü ildə verilən bütün vədlərin sözdə deyil, əməli fəaliyyətdə yerinə yetirildiyinin əyani sübutu idi. Cənab İlham Əliyevin də dediyi kimi, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun öz liderinə, prezidentinəgöstərdiyi inamdır və onun vahid ideya ətrafında birləşmə bacarığıdır. Həqiqətən də, xalqımız nə qədər böyük, nə qədər məğrur, nə qədər qəhrəman xalq olduğunu bütün dünyaya bir daha sübut etdi.

Bu il ilk dəfə idi ki, üçrəngli Azərbaycan bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərimizXankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə,Füzulidə, Cəbrayılda, Zəngilanda və digər rayonlarda Zəfərseçkiləri keçirildi. Bu tarixi seçkilərlər Azərbaycan yeni və qarşısında mühüm hədəfləri olan tarixi bir mərhələyə qədəm qoyurdu. Xalqımız heç vaxt seçimində yanılmadığı kimi, bu dəfə də öz doğru seçimini etdi. Seçicilərin 92,12 faizi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanı yenidən əmin əllərə həvalə etdi.

Ölkə başçısı inauqurasiya mərasimindəki səmimi çıxışı iləhəm illər ərzində görülən işlərin hesabatını verdi, həm də qarşıda duran hədəflər və istiqamətlərin, görüləcək işlərin anonsunu verdi.

Cənab İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə, müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içdi.

Dövlət başçısının andiçmə mərasimindəki çıxışında vurğuladığı ən vacib məsələlərdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, azərbaycançılıq ideologiyası, azərbaycançılıqprinsiplərişəhidlərimizin qanı bahasına əldə olunan tarixi nailiyyətlərin gələcəkdə də qorunması üçün hər bir ailənin qarşısında mühüm vəzifənin durması ilə bağlı fikirlər idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsindədə Azərbaycan məktəbinin çox böyük rolu vardır.” fikri hər kəs üçün bir çağırışdır. Ümid edirəm ki, hər bir vətəndaş, müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üzərinə düşən sosial və ictimai missiyanın məsuliyyətini tam anlayırlar. Bizimlə güc dilində danışmağın münkünsüzlüyünübaşa düşən qüvvələr daxildə ideoloji təxribatlara əl ata bilərlər. Odur ki, vətənini, dövlətini sevən, sağlam düşüncəli gənc nəsil yetişməlidir.

Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanı yaşatmaq və inkişaf etdirmək hər birimizin borcudur. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyəcəklər.

Çünki Azərbaycan xalqı bir amal uğrunda birləşib, həmişə öz liderinə güvənib və inanıb. Hər zaman onu dəstəkləyib və dəstəkləyəcəkdir.  

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Eldar Mirzəliyev

COP29

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv