Azərbaycan XİN ABŞ-a başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a başsağlığı verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.

“Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik”, – qeyd olunub.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Artıq 19 nəfərin cəsədi Potomak çayından çıxarılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05