Azərbaycan XİN Avstriyaya başsağlığı verib

media-hightechnic-468x90

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

Yenicag.az  xəbər verir ki, bu barədə nazirlik rəsmi “X” sosial media hesabında məlumat yayıb.

“Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600