Azərbaycan XİN Holokost qurbanlarını yad etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd edilib.

“Bu gün biz bəşər tarixinin ən üsyankar vəhşiliklərindən birinin – Holokost qurbanlarını yad edir və yas tuturuq. Biz dini və etnik nifrət, soyqırımı və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik” – deyə paylaşımda bildirilib.