!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan yeni minaaxtaran texnika və robot istehsal etdi - FOTO

!Reklam – Yazi

Azərbaycanda tank və piyada əleyhinə mina axtaran texnika və robot istehsal edilib.

Yenicag.az xəbər verir ki, maşınlar “Protex industries” şirkəti tərəfindən istehsal olunub.

Yeni minaaxtaran texnikalar Bakıda keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində nümayiş olunur.

Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə işğaldan azad olunana torpaqlarda uğurla sınaqdan keçirilib.

Mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv