Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

media-hightechnic-468x90

Futbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – “Jilina” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Bratislava “Slovan”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbə Şeydayevi “Jilina”nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış “Jilina” 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi “Slovan” isə 48 xala malikdi.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600