Azərbaycana buraxılmayan iş adamı Türkiyə və Rusiyanı suçladı

media-hightechnic-468x90

yenicag_mittal_metalMeksikada 2.800 adamı işdən çıxarmağa hazırlaşan polad istehsalçısı Arcelor Mittal, Türkiyə, Rusiya və Çini günahlandırıb.

Yenicag.az Reuters-ə istinadən bildirir ki, dünyanın ən böyük polad istehsalçısı olan Arcelor Mittal, poladın qiymətinin enməsi səbəbi ilə Meksikada 2.800 adamı işdən çıxaracağını bildirib.

Arcelor Mittal, qiymətlərin istehsal xərcləri ilə də  müqayisədə ucuzlaşmasında Türkiyə, Çin və Rusiyanı günahlandırıb.

Meksikada fəaliyyət göstərən 3 polad istehsalçısı Altos Hornos de Mexico, DeAcero və Arcelor Mittal açıqlama verərək, əgər poladın idxal və ixracında bu kimi hal davam edərsə, işdən azad edilənlərin sayı artacağını bildirib.

Qeyd edək ki, Mittal Şirkəti Paolo Pərvizdən sonra Azərbaycan metal bazarına daxil olmaq istəyirdi. 2005-ci ildə ölkəmizə səfərdə olan “Mittal Stiil” şirkətinin sahibi Lakşmi Mittal mühüm görüşlər keçirsə də, nəticəsiz qaldı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600