Əli Zülfüqaroğlu: "İnflyasiya və yanacaq xofu supergücü geri addım atmağa məcbur etdi"

media-hightechnic-468x90

“Demokratlar Trampı məğlubiyyətdə və təslimçi siyasətdə ittiham edirlər. Tramp əks həmlə edəcək.”

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

Şərhçi ABŞ lideri Trampın 2 gün sonra televiziya vasitəsilə xalqa edəcəyi müraciəti şərh edib:

“Real vəziyyət ondan ibarətdir ki, növbəti geniş eskalasiya yaxınlaşan aralıq seçkiləri baxımından ABŞ hökumətinə sərf etmir. Müharibə nəticəsində Hörmüz boğazının bağlanması ABŞ-də yanacağın qiymətinin və inflyasiyanın artmasına gətirib çıxardı. Eyni zamanda ABŞ hökuməti daxilində də fikir ayrılıqları dərinləşdi. Nəticədə ABŞ İranın demək olar ki, bütün şərtlərinin qəbul olunduğu 14 bəndlik anlaşma memorandumunun imzalanmasına məcbur oldu. İranın ABŞ və İsrailin mövqeyinə tamamilə zidd olan proksilərlə bağlı tələbinin anlaşma memorandumunun birinci bəndində yer almasını demokratlar Tramp üçün fiasko kimi təqdim edir. Digər tərəfdən bu məsələ Təl-Əvivlə Vaşinqton arasında ciddi narazılığa yol açıb. Son proseslər göstərir ki, ABŞ Tehranın maraqlarını özündə ehtiva edən memoranduma Hörmüz boğazının açılmasına görə imza atıb. Amma Tehran və Vaşinqton Hörmüzlə bağlı bəndi öz maraqları kontekstində şərh edir və buna uyğun hərəkət etməyə çalışır. Bu da ziddiyyətlərin dərinləşməsinə və qarşılıqlı zərbələrə yol açır. Anlaşma memorandumunun beşinci bəndində belə bir ifadə var: “Memorandumun imzalanmasından sonra İran İslam Respublikası 60 gün ərzində Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin edəcək”.

Onu da qeyd edim ki, atəşkəsin dərhal qüvvəyə minməsi ilə İran yalnız danışıqlar prosesi başa çatana qədər Hörmüz boğazından rüsum almayacağını, nəticənin isə danışıqlar prosesindən asılı olacağını bildirmişdi. ABŞ isə ticarət gəmilərinin tam maneəsiz hərəkət etməsini gözləyirdi. İran isə “ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin edəcək” cümləsində “təhlükəsizlik” sözünə istinad edərək bəyan edir ki, boğaz minalanıb və İran üzərinə götürdüyü öhdəliyə uyğun olaraq özünün müəyyənləşdirdiyi və İrana yaxın olan hissədən keçən marşrut üzrə hərəkət edilməsini istəyir. Belə olduğu halda isə ticarət gəmiləri yenə də SEPAH-ın icazəsi ilə hərəkət etməli olur.

ABŞ isə bəyan edir ki, bu anlaşma memorandumunun pozulmasıdır və İran bu tələbindən əl çəkməlidir. Əslində burada Vaşinqtonu narahat edən İranın Hörmüzlə bağlı siyasi üstünlüyə sahib olması və bununla da istər ABŞ, istərsə də digər ölkələr üzərində siyasi təzyiq imkanları əldə etməsidir. Ona görə də qarşılıqlı ittihamlar və zərbələr məhz bu detalla bağlıdır”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, bütün bu məsələlər İranda olduğu kimi ABŞ daxilində də qarşılıqlı ittihamlara yol açır:

“Demokratlar Trampı məğlubiyyətdə və təslimçi siyasətdə ittiham edirlər. Bu isə seçkiöncəsi respublikaçıların maraqlarına qətiyyən cavab vermir. Ona görə də Tramp ictimai rəyə hesablanan ciddi arqumentlər gətirməlidir. Hesab edirəm ki, Trampın xalq müraciətində bu məsələ prioritet olacaq. Amma hazırda ABŞ-də hökumətin ictimai rəylə manipulyasiya imkanları çox aşağıdır, müharibənin ABŞ-nin maraqları baxımından əsaslandırılması kifayət qədər çətindir və ona görə də hökumətin mövqeləri zəifdir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05