!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycana gələn turistlər qızlarımızı yoldan çıxarırlar" - Araz Əlizadə

!Reklam – Yazi

Millət vəkili Azərbaycana gələn turistlərin əxlaqsız hərəkətlərindən danışıb.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Kordinatorun hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, bu məsələdə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var: “Məsələ turizmin inkişafının vacibliyi olsa da, ölkəyə gələn turistlər əxlaqsızlıqla məşğul olurlar. Qızlarımızı yoldan çıxarırlar, min cür hərəkətlər edirlər. Mən burada hostellərlə bağlı məsələyə də toxunmaq istəyirəm. Bir vaxtlar Rusiyada belə bir qanun qəbul olundu ki, çoxmərtəbəli binalardan hostel kimi istifadə oluna bilər. Ancaq sonra baxıb gördülər ki, belə olanda insanların rahatlığı pozulur. Aləm bir-birinə dəyir. Belə olanda həmin qanunu dəyişdilər ki, hostel kimi yalnız birinci mərtəbədə yerləşən və girişi ayrı olan mənzillərdən istifadə oluna bilər. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı qanunvericilik sərtləşdirilməlidir”.

Araz Zeynalov

www.yenicag.az

4255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv